EN

Xəzərdə gələn ildən kruiz gəmisi ilə səyahət başlana bilər

Xəzər dənizində gələn ildən kruiz gəmisi ilə səyahət işə salına bilər. Bu fikri Qazaxıstanın turizm və idman nazirinin müavini Erjan Erkinbayev deyib. Artıq bir neçə ildir ki, Xəzəryanı ölkələrə kruiz gəmisinin buraxılması məsələsi müzakirə olunur. Lakin hər il laynerin buraxılması planları təxirə salınır.

“Bizim bütün Xəzəryanı ölkələrlə birlikdə Xəzər dənizi layneri səyahətini işə salmaq planlarımız var idi. Layner Rusiyaya aid beynəlxalq sənədlərdə təsbit olunmuş "Böyük Pyotr" gəmisi olmalı idi. İndi bu gəminin suya buraxılması ilə bağlı müəyyən çətinliklər var. Çünki hələ istehsaldadır. Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər də ola bilər. Bəzi limanların yanalma körpüləri və gəmiqayırma zavodları, məsələn, Qazaxıstanda yenidən qurulmalıdır. Aktau limanında İrandan və ya Azərbaycandan gələn qonaqları qəbul etmək üçün sərnişin terminalını genişləndirmək və bütün turizm infrastrukturu ilə təchiz etmək lazımdır”, deyə nazir müavini qeyd edib.

Ülviyyə, Hurriyyet.az

Chosen
11
1
hurriyyet.az

2Sources