EN

Pentaqon Ukraynaya 275 milyon dollarlıq hərbi yardım ayıracaq

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar həcmində hərbi yardım paketi ayırmağı planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, yardım paketinə hava hücumundan müdafiə vasitələri, HIMARS reaktiv yaylım atəşi sistemləri, 105 və 155 millimetrlik mərmilər, tank əleyhinə “Javelin” raketləri, həmçinin digər avadanlıqlar və onlar üçün ehtiyat hissələri daxil ediləcək.

Bir müddət öncə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild qurumun Təhlükəsizlik Şurasının iclasında Vaşinqtonun yaxın günlərdə Kiyevə hərbi yardımın yeni partiyasını elan edəcəyini bildirmişdi.

Chosen
28
3
xezerxeber.az

5Sources