İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar həftə sonu Türkiyəyə səfər edib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, səfərin məqsədi HƏMAS-ın yüksək vəzifəli şəxslərinin Türkiyədə yerləşməsi ilə bağlı yayılan məlumatların qarşı tərəflə müzakirəsi olub. Bu məqsədlə Ronen Barla Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın arasında görüş keçirilib. Tərəflər həmçinin Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqların bərpası səylərini, həmçinin Türkiyədən yardım almaq imkanlarını müzakirə ediblər.