EN

Karbon neytrallığına nail olmaq üçün effektivliyi artıran tədbirlər tətbiq olunmalıdır–IRU

Bakı. Trend:

Karbon neytrallığına nail olmaq üçün dərhal həyata keçiriləbiləcək effektivliyi artıran tədbirlər tətbiq olunmalıdır.

Trend xəbər verir ki, bunuBeynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibiUmberto de Pretto COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatınınyaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masadaçıxışında bildirib.

"Əsas olan praqmatizm və hərəkətdir. 2050-ci ilə qədər karbonneytrallığına nail olmaq yolumuz bir marafondur, sprint deyil, vəbu gün başlanmalıdır. Vacib olan dərhal həyata keçirilə biləcəkeffektivliyi artıran tədbirlərdir.

Məsələn, COP29-dan əvvəl biz FIA ilə birlikdə 5 min avtobus,marşrut və taksi sürücüsünə karbon emissiyalarını 15 faiz azaltmaqüçün təlim keçdik. Bu, 2050-ci ilə qədər gözləmək əvəzinə indi necəhərəkət etməyin bir nümunəsidir. Özümüzə sual verməliyik: bu gün nəedə bilərik? Məsələn, şəhərlərdə avtobusların üzərində tez-tezyazılır ki, bir avtobus 30 avtomobili əvəz edir. Necə edə bilərikki, avtobuslar və marşrutlar o qədər rahat və cəlbedici olsun ki,insanlar kütləvi şəkildə onlara keçsinlər? Üstəlik, onlar hərsərnişin-kilometrə görə karbon emissiyalarını 81 faiz azaldır və əntəhlükəsiz nəqliyyat növüdür", - deyə o bildirib.

Onun sözlərinə görə, maliyyələşdirməyə də diqqətyetirilməlidir.

"Avtobuslara və marşrutlara sərmayə qoymaq dəmir yollarınayatırılan sərmayədən 10 dəfə ucuz başa gəlir. Əlbəttə, dəmiryolları da vacibdir, lakin sürətli və çevik alternativə ehtiyacvarsa, avtobuslar və marşrutlar insanları avtomobillərdən çıxarmaqüçün ideal variantdır. Şəhər daxilində yükdaşımalarla bağlı olaraq,İTF-in məlumatlarına görə, ekoloji yük maşınlarının (EcoTrucks)istifadəsi karbon emissiyalarını 30 faiz azaltmağa imkan verir. Buhəll artıq mövcuddur və aktiv şəkildə istifadə olunmalıdır.Beləliklə, sürücülərin təlimi və EcoTrucks tətbiqi sayəsində bizartıq emissiyaları 45 faiz azalda bilərik", - deyə Umberto dePretto əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
9
az.trend.az

1Sources