EN

"Mən Putinə səslənirəm: müharibəni bitir və Ukraynadan rədd ol!.." - Starmer

 
"Rusiyanın məsuliyyətsiz nüvə ritorikası Ukraynaya dəstəyimizi dayandırmayacaq..."
 
Böyük Britaniya baş naziri Kir Starmer Braziliyada keçirilən G20 sammitində çıxışında bəyan edib ki, Rusiya bu tədbirdə üçüncü ildir ki, iştirak etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Sky News'' nəşrinə müsahibəsində bəyan edib.
 
"Putin özü-özünü təcrid edib və Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinin 1000-ci günündə mən yenidən ona səslənirəm: "Müharibəni bitir və Ukraynadan rədd ol!".
 
Jurnalistin britaniyalıların "nüvə müharibəsinə hazırlaşmalı olduğu" barədə sualına cavabında baş nazir deyib: "Rusiyadan məsuliyyətsiz ritorika eşidilir, amma bu, Ukraynaya dəstəyimizi dayandırmayacaq".
 
Starmer həmçinin Ukraynanın "1000 günlük qurbanlarından" danışıb və təkrar olaraq bəyan edib ki, "Ukraynanın müharibəni udması üçün o, lazım olanları istənilən qədər əldə etməlidir".
 
Rusiyanın nüvə dokrinasında dəyişiklik - detallar
 
Dünən Rusiya prezidenti Vladimir Putin Rusiyaya adi silahlardan nüvə dövlətinin dəstəyi ilə hücuma nüvə silahı ilə cavab verilməsi üçün nüvə silahının tətbiq edilməsi şərtlərini dəyişib.
 
Rusiya ona və Belarusa hücum zamanı nüvə silahını tətbiq edə bilər. Söhbət ölkənin suverenliyi və ərazi bütövlüyünə kritik təhlükə olacağı təqdirdə adi silahlarla hücum zamanı nüvə silahı ilə cavab verilməsindən gedir.
 
Həmçinin hücum vasitələrinin, o cümlədən raketlər, təyyarələr və dronların Rusiya sərhədlərini keçəcəyi halda onların kütləvi şəkildə havaya qalxdığı zaman nüvə cavabının verilməsi mümkün olacaq.
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, nüvə doktrinasını dəyişməklə və nüvə ritorikası ilə Rusiya diktatoru sülhə deyil, uzunmüddətli müharibəyə can atdığını sübut edir.
Chosen
24
moderator.az

1Sources