EN

Bunu Bakıya qəbul etdirə bilmədik - Ayvazyan

Cənubi Qafqaz və Ermənistanla davam edən sülh danışıqlarında vəziyyət Azərbaycanın xeyrinədir.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

Keçmiş diplomat təkcə hərbi yox, diplomatik vəziyyətin də Bakının xeyrinə olduğunu vurğulayıb:

“Beynəlxalq münasibətlər, dünya tarixi, diplomatiya təcrübəsi və əlaqəli faktorlara az-çox bələd olan insanlar bilirlər ki, müharibələr döyüş meydanında qələbə üçün yox, düşmənə öz iradəsini diktə etmək üçün aparılır. 1994-cü ildə qalib gəldik, amma öz iradəmizi düşmənə (Azərbaycanı nəzərdə tutur – red.) qəbul etdirə bilmədik.

İndi vəziyyət Azərbaycanın xeyrinə dəyişib və o, hərbi qələbəsini diplomatiya yolu ilə də təmin etmək üçün görünməmiş fürsət əldə edib”.

Ayvazyan əlavə edib ki, Türkiyə də 100 ildən sonra yenidən Cənubi Qafqazda təsiredici gücə çevrilib./teleqraf.com

Chosen
3
1
turkustan.az

2Sources