EN

Belə böyük tədbirə ev sahibliyi etmək cəsarət işidir - Uraloğludan TƏŞƏKKÜR

Azərbaycan Qarabağdakı torpaqlarını azad etdi, onların qurtuluşunu təmin etdi. Dərhal sonra dünya miqyasında böyük tədbirlərdən birinə ev sahibliyi edir.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıda deyib.

 

O qeyd edib ki, belə böyük tədbirə ev sahibliyi etmək cəsarət işidir:

 

"Nəqliyyatdan insanların hərəkətlərinə qədər hər şey düşünülərək təşkil edilib. Buna görə Azərbaycana təşəkkür edirəm. Burada COP29 iqlim dəyişiklikləri ilə bağlı başlıqların gündəm olduğu tədbirdəyik. İqlim dəyişikliyindən karbon emissiyalarına qədər həyatımızın təsirləndiyi dövrdən danışırıq. Bizlər də Nqəliyyat və İnfrasturuktur Nazirliyi olaraq bu mövzuda nələr edilə biləcəyi, ölkəmizdə nələr etdiyimiz və dünyada nələr edildiyi ilə bağlı mövzuları izləyirik. Əvvəlcə şəhərlərdəki 0 emissiya hədəflərinə çatmaq lazımdır".

Chosen
18
1
modern.az

2Sources