EN

İmamoğlu Yavaşla görüşdü: "Tək yumruğuq"

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla görüşüb.

Oxu24.com  xəbər verir ki, görüş Ankara Böyük Şəhər Bələdiyyəsinin binasında baş tutub.

Görüşdən sonra hər iki lider paylaşım edib. Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərinə qarşı aparılan qarayaxma kampaniyası başda olmaqla, bələdiyyələrə yönəlik problemləri masaya yatırdıqlarını bildirib.

İmamoğlu isə bütün qarayaxma kapmaniyalarına qarşı birlikdə hərəkət etdiklərini vurğulayıb:

"Biz eyni mövqeyi paylaşan iki bələdiyyə sədri, yol yoldaşı olaraq hər zaman işbirliyi və həmrəylik içində olmuşuq. Biz şəhərlərimizdə israfı bitirmiş bələdiyyə sədrləriyik. 

Qütbləşmənin deyil, bərabərliyin tərəfindəyik. Bizə qarşı hücumların da təsadüf olmadığını dəyərləndiririk. Bütün hücumlara qarşı partiyamız və millətimizə tək yumruğuq".

Chosen
5
1
oxu24.com

2Sources