EN

"Paşinyan seçkilərə qədər sülh müqaviləsinə nail olmağa çalışacaq" - Erməni deputat

Nikol Paşinyan qarşıdan gələn növbəti və ya növbədənkənar seçkilərə hazırlaşır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Elinar Vardanyan deyib. 

"“Facebook səhifəsinin fonunu Araqatsın şəkli ilə dəyişməsi, çörək və yağdan yazması onun seçkiqabağı addımlarıdır ki, insanları özünün yox, hamının günahkar olduğuna inandıracaq.

Müxalifətçi siyasətçi, müxalif deputat kimi onun gündəmini daim izlədiyimizi görürəm. O, yaxşı siyasi təfəkkürə malik fiqurdur və çox tez başa düşür ki, siyasi meydançaya nə atmaq lazımdır ki, hamı bu haqda danışsın, hamının gündəminə çevrilsin. Biz adətən onun hərəkətlərindən və ya qərarlarından sonra müzakirəyə çevrilir və ya artıq qəbul edilmiş qərarlara reaksiya verir və onlara qarşı çıxırıq", - deputat qeyd edib.

O, seçkilərə qədər Paşinyanın nəyin bahasına olursa-olsun, sülh müqaviləsinə nail olmağa çalışacağına inandığını bildirib: "Deyəcək ki, əziz insanlar, mən təhlükəsizlik məsələlərinizi həll etdim. Baxın, bizim Azərbaycanla sülh müqaviləmiz var".

Ağarza Elçinoğlu 

Chosen
17
50
unikal.az

10Sources