ABŞ-nin yeni prezidenti Trampın Qrenlandiyanı satın alma sevdası yenidən baş qaldırıb.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bu istək Trampda hələ onun 1-ci prezidentliyi dövründə yaranmışdı. 2019-cu ilin avqustunda Tramp jurnalistlərə Qrenlandiyanı almaqda maraqlı olduğunu təsdiqləyib və bu fikir 5 il əvvəl həm maraq, həm də müzakirələrə səbəb olmuşdu: “Biz Danimarka ilə müttəfiqik, dünyanın böyük bir hissəsini qoruduğumuz kimi Danimarkanı da qoruyuruq. Strateji baxımdan bu mənim hədəfimdir”-dəyə Tramp bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az