EN

Almaniya kansleri inadından dönmür

Almaniya

ABŞ, İngiltərə və Fransanın Ukraynaya Rusiya ərazilərinə Qərb silahları ilə hücum etmək icazəsi verməsinə bxmayaraq, Almaniya Kiyevə “Taurus” qanadlı raketlər verməyəcək.

Reyting.az
-ın məlumatına görə, Almaniya kansleri Olaf Şolts “Taurus” qanadlı raketlərinin Ukraynaya göndərilməməsi qərarının arxasında olduğunu açıqlayıb.

Bundan əlavə, Şolts Ukraynanı tək qoymayacaqlarına söz verib:

“Açıq şəkildə demək istərdim ki, bu qanadlı raketi tədarük etməməyimin arxasındayam. Bununla belə, Ukraynanı tək qoymayacağıq. Biz bunu Avropada görünməmiş şəkildə dəstəkləyəcəyik”.

Çin prezidenti Si Cinpinqlə ikitərəfli görüşünə də toxunan Şolts Rusiyanın Ukraynaya qarşı müharibəsində Şimali Koreya əsgərlərinin təyinatını gündəmə gətirdiyini bildirib.

Rusiyanın Ukraynaya qarşı müharibəsində Şimali Koreya əsgərlərinin yerləşdirilməsinə icazə verilməməsinin lazım olduğunu vurğulayan Şolts deyib:

“Məncə, bu, gərginliyi artıran bir məsələdir və davam etməsinə icazə verilməməlidir. Asiya da daxil olmaqla hər kəsin narahat olması lazımdır”.

ELÇİN
Chosen
10
reyting.az

1Sources