EN

Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə start verir

DİM-dən Vətəninfo.az-a bildirilib ki, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.

Layihənin müddəti 3 aydır.

Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/

Layihədə iştirak etmək üçün qeydiyyat noyabrın 20-dən dekabrın 15-dək aparılacaq.

Chosen
8
2
veteninfo.az

3Sources