EN

BMT rəsmisi: Daha əhatəli erkən xəbərdarlıq sistemlərinə malik ölkələrdə ölüm nisbəti aşağıdır

Bakı da keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “iLab İnsan Məskənləri: Erkən xəbərdarlıqlar və iqlim riski: 2030-cu ilə qədər bütün şəhər icmaları maliyyə və transformasiya görəcəkmi?” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə ekspert spikerlər İnsan Məskənləri üçün inklüziv Erkən Xəbərdarlıq və Risk Məlumatı Sistemlərinin maliyyələşdirilməsi və qurulması sahəsində irəliləyişlər və çətinliklər barədə məlumatlar təqdim ediblər.

Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisində Bonn ofisinin rəhbəri Animeş Kumar bildirib ki, Hamı üçün Erkən Xəbərdarlıqlar (Early Warnings for All) təşəbbüsü çərçivəsində o monitorinq və qiymətləndirilmə üzrə həmsədr kimi fəaliyyət göstərir:

“Erkən xəbərdarlıq sistemlərinin səmərəliliyi və effektivliyi əsas nəticələrdən biridir və bu, belə qalmağa davam edir. Erkən xəbərdarlıq sistemlərinin həyat xilas etdiyi sübut olunub. Biz təhlillər aparmışıq və hökumətlərdən alınan statistik məlumatlar əsasında sübut etmişik ki, daha əhatəli erkən xəbərdarlıq sistemlərinə malik ölkələrdə ölüm nisbəti belə sistemlərə malik olmayan ölkələrə nisbətən altı-səkkiz dəfə daha aşağıdır.”

BMT rəsmisi qeyd edib ki, əgər ölkələrin düzgün risk məlumatları yoxdursa, erkən xəbərdarlıq mənasız olur:

“Buna görə də, həm sürətli başlayan hadisələrin daha yaxşı proqnozlaşdırılması, həm də ilk hadisələrin ikinci və üçüncü təsirlərinin proqnozlaşdırılması üçün düzgün erkən xəbərdarlıq sistemini qurmaq məqsədilə doğru risk məlumatlarına malik olmalıyıq. Biz, həmçinin, müşahidə və monitorinq sistemlərində, xüsusilə müşahidə tələblərinə uyğunluq kontekstində böyük boşluqlar görmüşük. Hazırda dünya üzrə cəmi 10% müşahidə tələblərinə uyğun olaraq xəbərdarlıq etmək iqtidarındadır və dünyada bir dənə belə olsa, ən az inkişaf etmiş ölkə bu tələblərə uyğun deyil.”

Animeş Kumar əlavə edib ki, mövcud maliyyələşdirmə modelləri də qüsurludur: İnfrastruktur üçün yaxşı maliyyə var, lakin “yanacaq xərci” təmin olunmur, və erkən xəbərdarlıq sistemlərinin uzunmüddətli fəaliyyəti tez-tez çətinliklərlə üzləşir. “Hamı üçün Erkən Xəbərdarlıqlar” təşəbbüsü bu vacib məsələni gündəmə gətirmək üçün bir təkan verdi və bu prosesin daha koordinasiyalı şəkildə irəliləməsini təmin etmək üçün bu təşəbbüsə güvənməliyik.”

Sessiya gələcəkdəki prioritetləri müəyyənləşdirmək üçün birgə müzakirə ilə yekunlaşıb.
Mirvari Əzizova

Chosen
23
apa.az

1Sources