EN

Kiyevə kütləvi hücum ediləcək? - Qərb ölkələri TƏŞVİŞDƏ

Bir sıra Qərb ölkələri Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən diplomatik nümayəndəliklərini bağlayıb. 

 

Modern.az-ın məlumatına görə, ABŞ potensial əhəmiyyətli hava hücumu ilə bağlı konkret məlumat olduğuna görə səfirliyini bağlandığını bəyan edib.

 

İspaniya, İtaliya və Yunanıstan səfirlikləri də ABŞ-ın xəbərdarlığından sonra qapılarını bağlayıb, Fransa və Almaniya səfirlikləri isə öz vətəndaşlarını diqqətli olmağa çağırıb.

 

Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb.

 

"Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır.

 

Qeyd edək ki, günün ikinci yarısında Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib.

Chosen
26
modern.az

1Sources