EN

Bakıda suyun qiymətində DƏYİŞİKLİK - Bu yerlərdə... + ARAŞDIRMA

Paytaxt Bakının bir çox yaşayış yerlərində yəqin ki, ECOSU aparatlarına rast gəlmisiniz.

Bu aparatlar içməli suyu filtrdən keçirdiyi üçün sakinlərin əksəriyyəti bu sudan istifadəyə daha çox üstünlük verirlər.

Şəhər sakinlərinin Titul.az-a verdiyi məlumata görə təxminən bir həftə olar ki, ECOSU-dan litri 10 qəpikdən doldurduqları suyun tarifi 12 qəpik müəyyən edilib.

Göndərilən fotofaktları da nəzərə alaraq öncə şirkətlə əlaqə saxladıq. Səlahiyyətli şəxs bu tarifi ECOSU olaraq özləri tənzimlədiklərini və şəhərdə harada bu aparat varsa, artıq hər yerdə yeni qiymətlə əhaliyə təklif edildiyini bildirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da Titul.az-a açıqlamasında bildirib ki, bu qiyməti məhz ECOSU şirkəti özü tənzimləyib:

"Biz suyu xammal qiymətinə onlara satırıq. Qiyməti isə artıq şirkət özü tənzimləyir".

Xatırladaq ki, Azərbaycanda su tarifləri ən son iki il əvvəl, yəni 2021-ci ilin fevralında bahalaşıb. Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Ondan əvvəl isə suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. Tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
34
9
titul.az

10Sources