EN

Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər

Azərbaycanla Gürcüstan arasında birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti, tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri müzakirə edilib.


Qaynarinfo bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb.

Chosen
10
10
qaynarinfo.az

10Sources