EN

İmran Xan azadlığa buraxıldı

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri və müxalif “Ədalət naminə hərəkat” partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Bildirilib ki, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

İmran Xan bu ilin yanavar ayında dövlət sirrinin yayılması işi üzrə mühakimə olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib

Chosen
1
25
tribunainfo.az

10Sources