EN

Azərbaycan klubundakı maliyyə böhranının ŞOK SƏBƏBİ!!

Birinci Liqanın debütantı olan "Cəbrayıl" üçün mövsümün uğurlu keçdiyini demək olar.

Arxada qalan 7 turda aktivinə 13 xal yazdıran bölgə klubu hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Lakin nəticələr hər nə qədər müsbət olsa da, daxili ab-hava heç də ürəkaçan deyil.

Buna səbəb bir müddət əvvəldən xəbər verdiyimiz kimi, yaranmış maliyyə böhranıdır.

Artıq kollektiv səfər oyunlarına böyük çətinlik bahasına yollanır.

Maaşların 20 faiz azaldılmasından sonra da gecikmələr davam edir.

Bütün olanların əsas günahkarı isə Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənovdur.

O, mövsümün əvvəli klub üçün vəd verdiyi maliyyəni yardımından imtina edib. Söhbət 100-150 min manatdan gedir.

Düzdü, "Cəbrayıl" Region Liqası və İkinci Liqada çıxış etdiyi vaxt İcra başçısı komandaya az kömək etməyib.

Lakin Birinci Liqaya vəsiqə qazanandan sonra rayon rəhbəri yaxasını kənara çəkib.

SPORTİNFO.AZ

Chosen
32
sportinfo.az

1Sources