EN

30 yaşlı qadın Ermənistanın yeni daxili işlər naziri oldu


Arpine Sarkisyan Ermənistanın yeni daxili işlər naziri təyin edilib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə “News.am” portalı Ermənistan Prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, bununla bağlı Prezident Vaaqn Xaçatryan fərman imzalayıb.
Qeyd edək ki, 30 yaşlı (14 aprel 1994) Arpine Sarkisyan buna qədər Ermənistan daxili işlər nazirinin müavini postunu tutub.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkə səhifəsində məlumat yaymış və daxili işlər nazirinin müavini postunu tutan Arpine Sarkisyanın nazir təyin olunacağını bildirmişdi.


Chosen
4
6
nuh.az

8Sources