EN

Şəbnəmlə efirə çıxmaq üçün Vəfa Şərifovaya 10 min təklif etdilər

Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə efirə çıxmaq üçün ona pul təklif edildiyini deyib. 

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, müğənni bu təklifi aparıcı Zaur Nəbioğlundan aldığını deyib. 

"Zaur mənə dedi ki, 10 min manat verirəm, Şəbnəmlə efirə çıx. Razılaşmadım.  Bu məsələ Şəbnəmin "50 min versələr də Vəfa ilə efirə çıxmaram" sözlərindən qaynaqlanıb”, - o əlavə edib.
  
Qeyd edək ki, Şəbnəm  bir müddət öncə "50 min yox e, oğlum Əlinin canına, 100 min də versəniz, onunla efirə çıxmaram" deyib.

Şəbnəmlə Vəfa arasındakı şəxsi küsülülük artıq yaradıcılıq qalmaqalına çevrilib və onlar musiqiçi tanışlarını da bu mübahisəyə ortaq ediblər.

Chosen
25
paralel.az

1Sources