EN

“Titanik”in ulduzları illər sonra bir arada - Foto

“Titanik” filminin ulduzları Leonardo DiKaprio və Keyt Vinslet uzun müddət sonra bir araya gəliblər.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sənətçilər Keytin yeni “Lee” filminin qalasında görüşüblər.

Premyeradan əvvəl onlar kameralara birgə pozlar veriblər. 

Daha sonra 50 yaşlı Di Kaprio tədbirin aparıcılığını edərək emosional nitqlə Keyti tamaşaçılara təqdim edib.

Qeyd edək ki, Rejissor Ellen Kurasın çəkdiyi filmdə Vinslet İkinci Dünya Müharibəsi jurnalisti “Li Milleri” canlandırır.

Xatırladaq ki, “Titanik” 1997-ci il noyabrın 18-də ilk dəfə ekran üzü görüb. Leonardo “Cek Douson”, Vinslet isə “Roza Dyuitt Byukeyter” obrazı ilə yaddaşlara həkk olunub. Onlar daha sonra 2008-ci ildə “İnqilab yolu” filmində yenidən birgə rol alıblar. 

Aktyorlar 27 il ərzində dəfə bir araya gəlsələr də, sonuncu dəfə 2021-ci ildə görüşüblər.




Chosen
68
6
qafqazinfo.az

7Sources