EN

25 noyabra qədər vəziyyəti dəqiqləşdirmək lazımdır - Sabiq prezident

25

Kütləvi etiraz aksiyasının təşkil edilməsi müxalifətin hazırlamalı olduğu zirvə nöqtəsidir və bu zirvə, təbii ki, parlamentin ilk iclas günü olacaq.

Gürcüstan mətbuatı xəbər verir ki, bunu Gürcüstanın keçmişi Prezidenti, müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Giorgi Marqvelaşvili bildirib.

O, qeyd edib ki, fasiləsiz etiraz aksiyaları cəmiyyəti optimizmə hazırlayıb.

"Bu, şübhəsiz ki, zirvə nöqtəsi olacaq. Yeraltı yollarla parlamentə daxil olan deputatların Gürcüstanı idarə etməsi ayrıca bir mövzudur. Məncə, 25 noyabra qədər vəziyyəti dəqiqləşdirmək lazımdır. Bu günlər cəmiyyəti optimizmə hazırladı. Get-gedə daha çox sosial qrup depressiyadan çıxaraq fəaliyyətə keçir. Zirvə günləri çox önəmlidir. 25-i olacaq, ya başqa bir tarix, fərqi yoxdur, bu, zirvə nöqtəsi olmalıdır. Hər gün mübarizə aparmalıyıq ki, qalib gələcəyik, amma yalnış ümidlər yaratmamalıyıq” , - deyə o, "Palitranews"un efirində deyib.

Cavid

Chosen
21
xalqcebhesi.az

1Sources