EN

Belarusda antiterror əməliyyatı rejimi tətbiq edilib

Belarusun Qrodno vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Herbiand.az xəbər verir ki, bu barədə BELTA xəbər yayəb.

Məlumata görə, rejimin tətbiqi Daxili İşlər Nazirliyinin komanda-qərargah təlimlərinin keçirilməsi ilə bağlıdır.

Manevrlərə hərbi və xüsusi texnikanın tətbiqi, gücləndirilmiş nəzarət və tədbir zonasında hərəkətin məhdudlaşdırılması daxildir.

Bundan əvvəl bildirilmişdi ki, Belarusun təhlükəsizlik qüvvələri noyabrın 19-22-də seçkilər zamanı mümkün təxribatlara cavab verməyə hazır olmaq üçün təlimlər keçirəcək.

Chosen
12
1
herbiand.az

2Sources