Belarusun Qrodno vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Herbiand.az xəbər verir ki, bu barədə BELTA xəbər yayəb.
Məlumata görə, rejimin tətbiqi Daxili İşlər Nazirliyinin komanda-qərargah təlimlərinin keçirilməsi ilə bağlıdır.
Manevrlərə hərbi və xüsusi texnikanın tətbiqi, gücləndirilmiş nəzarət və tədbir zonasında hərəkətin məhdudlaşdırılması daxildir.
Bundan əvvəl bildirilmişdi ki, Belarusun təhlükəsizlik qüvvələri noyabrın 19-22-də seçkilər zamanı mümkün təxribatlara cavab verməyə hazır olmaq üçün təlimlər keçirəcək.