EN

Mərkəzi Bank dövlətə xüsusilə külli miqdarda borcu olan şirkəti cəzalandırdı

Nərimanov Rayon Məhkəməsində "Smart Techno Co" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkətə cərimə cəzası kəsilib.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Əliağa Həmidağa oğlu Rzayevdir. Dövlət qeydiyyatına 2021-ci ildə alınan və nizamnamə kapitalı 10 AZN olan şirkətin dövlətə 1 547 000 borcu var.

 

Xəyal Quliyev

Tarix: 21 Noyabr 2024, 09:45   
Chosen
14
40
pravda.az

10Sources