EN

Krım Tatar bayrağı Avropa Parlamenti protokoluna salınıb

Yazını böyüt
Yazını kiçilt

Avropa Parlamentində (AP) Ukrayna-Rusiya müharibəsinin 1000-ci günü çərçivəsində xüsusi iclas keçirilib. Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov növbədənkənar sessiyaya Krım tatar xalqını təmsil edən xüsusi qonaq qismində dəvət olunub.

Hafta.az-ın yazdığına görə, Refat Çubarov Brüsseldə keçirilən xüsusi sessiya çərçivəsində Rusiyanın işğalı altında olan Krım və bütövlükdə Ukraynada gedən müharibə ilə bağlı müzakirələr aparıb.

Çubarov Krım tatarlarına dəstək məqsədilə Avropa Parlamentinin sədr müavini Pina Picierno tərəfindən təşkil edilən “Krım tatarları üçün birlik” adlı qəbula qatılıb və orada çıxış edib.

Refat Çubarovun təmasları çərçivəsində Avropa Parlamentinin rəsmi protokoluna Krım-tatar bayrağı əlavə edilib. Digər tərəfdən, Krım Tatar Milli Məclisinin sədri Avropa Parlamentində iştirakçılara Ukrayna bayrağını təqdim etməklə siyasətçilərə və diplomatlara Rusiyanın təcavüzünə qarşı mühüm mesaj verib.

Chosen
9
hafta.az

1Sources