EN

Kim Çen In ordu göndərdi, Putin isə əvəzində ördək verdi...

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dostluq jesti kimi 70-dən çox vəhşi heyvan hədiyyə edib. Bunlar Pxenyandakı zooparka göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Qeyd olunur ki, heyvanların olduğu konteynerlər Moskva zooparkından Şimali Koreyaya göndərilib. Ümumilikdə Putin Kim Çen Ina 1 şir, 2 ayı, 2 yak, 5 ağ kakadu, 25 qırqovul və 40 mandarin ördəyi verib.

Nəşr Rusiyanın ekologiya naziri Aleksandr Kozlovun sözlərindən sitat gətirib: “Heyvanlar tarixən dövlətlərarası münasibətlərdə mühüm yer tutub. Bunlar dəstək, xeyirxahlıq və qayğı əlaməti kimi verilib”.

Onun sözlərinə görə, Pxenyandakı zooparkın buna ehtiyacı var.

2004-cü ildə “Lonely Planet” Şimali Koreyanın paytaxt zooparkını “qaranlıq və darıxdırıcı yer” adlandırıb. Həmçinin orada 5 minə yaxın heyvanın yaşadığı və onların bir çoxunun ağır şərtlər altında yaşadığı bildirilib.

Bundan əlavə, nəşr yazır ki, gündə bir qutu siqaret çəkməklə tanınan şimpanze Azaleya Pxenyan zooparkında yaşayır.

Rusiya liderinin bu addımının Şimali Koreyanın Ukraynaya qarşı müharibədə canlı qüvvə ilə Moskvaya dəstəyinə jest olaraq atdığı düşünülür. Şimali Koreyanın Rusiyaya təxminən 11 minlik qüvvə göndərdiyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
10
teleqraf.com

1Sources