EN

ANAMA və “TikTok” mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “TikTok” şirkətinin Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundovla görüş keçirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nümayəndə heyətinə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, ərazilərin nizamsız minalanması və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.

Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsi, mövzu üzrə geniş auditoriyanın məlumatlandırılması məqsədilə “TikTok” şirkəti ilə əməkdaşlığın qurulması və bu istiqamətdə aktual məzmunların yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
6
6
veteninfo.az

9Sources