EN

Bakıda "iPhone" dələduzluğu - 176 000 min manat mənimsədi

Bakıda dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Referans.az" target="_blank">Referans.azpravda.az-a istinadən bildirir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.



Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.



İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara "iPhone 14 Pro Max" markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.




Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Chosen
4
6
referans.az

7Sources