EN

COP29 Yaşıl Zonada interaktiv seminar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihə çərçivəsində keçirilən "Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar" COP29 Yaşıl Zonada yerləşən Made in Azerbaijan və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Pavilyonlarında baş tutub.

Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matić tərəfindən keçirilən seminarlarda sənaye sektorunda bərpa olunan enerji texnologiyalarının tətbiqi, iqlim dəyişikliyi və bərpa olunan enerji mövzularında məlumatlandırma, karyera imkanları və innovativ həllərin təşviqi ilə bağlı, biogaz istehsalı, günəş enerjisi ilə suvarma sistemləri və digər bərpa olunan enerji texnologiyalarının tətbiqi üzrə praktiki biliklər təqdim edilib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, gənc qadınların təkcə iqtisadiyyatımız üçün deyil, həm də planetimizin gələcəyi üçün vacib olan sektorlarda səlahiyyətlərinin artırılmasında böyük potensiala malikdirlər.

Ümumillikdə tədbirlərdə 150-dən çox yerli və xarici qonağın iştirakı müşahidə olunub.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
20
4
ikisahil.az

5Sources