EN

Sosial islahat paketi 3 milyon insanı əhatə edəcək - Nazir

2025-ci il sosial islahat paketi və pensiyaların indeksləşdirilməsi 3 milyon vətəndaşı əhatə edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.  
 
"Gələn il Minimum əməkhaqqı, minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyondək vətəndaşı əhatə edəcək", - nazir Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib. 
 
 Azərbaycanda növbəti il minimum əməkhaqqının 400 manat, minimum əməkhaqqının isə 280 manat olması proqnozlaşdırılır. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Chosen
22
anews.az

1Sources