EN

Beş Aİ ölkəsi Rusiyanın "imperiya ambisiyaları"na qarşı müharibə istiqrazları buraxacaq

Bir sıra Avropa İttifaqı ölkələri birliyin müdafiə sənayesini gücləndirmək məqsədi daşıyan birgə müdafiə istiqrazları təklifini dəstəkləyib. Söhbət Almaniya, Fransa, İtaliya, İspaniya və Polşadan gedir.

Bu barədə Qaynarinfo "Euronews"a istinadən xəbər verir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bu hadisəni "böyük iş” adlandırıb. Polşalı nazir əlavə edib ki, Aİ-nin hərbi istiqrazlarının yaradılması Avropaya "Rusiyanın imperiya ambisiyalarına güclü müqavimət göstərməyə” kömək edəcək.

Bu sözləri Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Almaniya, İtaliya və Fransadan olan həmkarları ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında deyib.

Bundan əvvəlki görüşdə İspaniya və Britaniyanın yüksək rütbəli diplomatları da videobağlantı vasitəsilə iştirak ediblər, bundan sonra bütün iştirakçı ölkələr tərəfindən birgə bəyannamə qəbul edilib.

Sikorski deyib ki, ittifaqın nazirləri Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşıması və NATO üzvləri arasında daha balanslı yük bölgüsünə dair razılığa gəliblər.

"Putin Rusiyası təkcə Avropa üçün deyil, həm də dünya nizamı üçün ən ciddi təhlükəsizlik təhdidlərindən biri olaraq qalacaq", deyə Sikorski bildirib. 

Tədbir zamanı Aİ ölkələrinin xarici işlər nazirləri həmçinin Avropadan Ukraynaya hərbi dəstəyin gücləndirilməsini, yeni prezident Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları ilə əlaqələri müzakirə ediblər.

Nizami Bağırov
Chosen
3
1
qaynarinfo.az

2Sources