EN

Vasif Həsənli dünyaca nüfuzlu "Associated Press" agentliyində COP29-dan yazdı

Dünyaca nüfuzlu \"Associated Press\" (AP) beynəlxalq xəbər agentliyində \"Demokrat.az\" internet xəbər portalının baş redaktoru Vasif Həsənlinin məqaləsi yayımlanıb. 

Məqalədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) bəhs olunur. 

\"Azərbaycan Bakıda COP29-a ev sahibliyi edir: Qlobal iqlim liderliyini və davamlılığa sadiqliyini nümayiş etdirir\" başlıqlı məqalədə COP29 beynəlxalq tədbirinin Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətli olduğu qeyd olunur. 

Müəllif həmçinin qeyd edir ki, COP29-un Azərbaycanda keçirilməsi təqdirəlayiq və fəxr ediləsi hadisədir. 

Məqalədə belə mötəbər tədbirə Bakının ev sahibliyi etməsinin ədalətli qərar olması və Bakı şəhərinin dünyanın ən görüləcək məkanlarından birinə çevrildiyi vurğulanır. 

Daha sonra məqalədə qeyd olunur: 

\"Dünyanın mərkəzinə çevriləcək paytaxt Bakı şəhəri təqribən 70-80 min xarici qonağı qarşılayır. Bakıya səfər edən minlərlə qonaq Azərbaycanla, onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olurlar, uğurlarına şahidlik edirlər.

Qlobal iqlim problemlərinin müzakirə edilməsi və həlli yollarının tapılmasında əsas platforma olan COP29 tədbirinin Bakıda keçirilməsi həm Azərbaycana, həm də digər dünya dövlətlərinə təsəvvür etdiyimizdən daha çox dividendlər qazandıracaq. Bu, iştirakçı sayının və müzakirə panellərinin genişliyi fonunda dünyanın ən böyük tədbiri hesab olunur. Hər şeydən öncə qeyd etməliyəm ki, paytaxt Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal imicinin güclənməsi baxımından da çox əhəmiyyətlidir. Adətən belə qlobal tədbirlərin keçirilməsi üçün seçilən məkanlarda bir neçə amilə xüsusi diqqət edilir. Bunlardan biri təhlükəsizlik, digəri təcrübədir. Azərbaycan isə dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur və COP29 bu istiqamətdə Azərbaycanın qlobal reytinqini daha da gücləndirəcək. 

Cənubi Qafqazın parlayan ulduzu hesab olunan Azərbaycan indiyə qədər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə zəngin təcrübə qazanıb. Bu tədbirlər sırasında \"Eurovision Azerbaijan\" beynəlxalq mahnı yarışması, \"Formula-1\" Azərbaycan Qran-prisi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ən məşhurlarındandır. Şübhəsiz ki, COP29 beynəlxalq tədbiri Azərbaycanın bu təcrübəsini daha da zənginləşdirəcək.

33 ildən çox müstəqillik yaşı olan Azərbaycan bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya edərək öz payını götürür. Azərbaycan dünyanı narahat edən qlobal məsələlərlə bağlı müsbət təşəbbüslərlə tez-tez çıxış edir. 

Dünyada Azərbaycan kimi bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq nümayiş etdirirlər. İqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələr isə bundan narahatdırlar və təəssüflər olsun ki, onların sayı getdikcə artmaqdadır. 

İnanırıq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi mötəbər COP29 tədbiri uğurla yekunlaşacaq və bərabər yaşadığımız dünyamız üçün gözlədiyimizdən də səmərəli nəticələri olacaq\".

Məqalə ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, sözügedən məqalə bir sıra ABŞ mətbuatında da tirajlanıb. 
Chosen
3
29
azxeber.com

10Sources