EN

Vüsalə ilk dəfə şəxsi həyatı haqda danışdı: “Heç kəs yoxdu”

Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı danışıb.

Bakuplus.az xəbər verir ki, o, “Instagram”dan gələn bir neçə sualı cavablandırıb.

“Çox gözəlsiniz, Vüsalə xanım. Hər baxımdan… Həyatınızda biri olmalı” sözlərinə aparıcı belə reaksiya verib:

“Çox təşəkkür edirəm. Sualın ikinci tərəfinin cavabı isə yoxdur. İnanın səmimiyyətimə… Rahat etiraf edə biləcək yaşdayam, amma heç bir insanın belə bir məcburiyyəti də yoxdur ki, mütləq həyatında kimsə olmalıdır. Bu sualı verənlərin də əksəriyyəti xanımlardır. Gözəllik hər şeyi həll etmir, qızlar. Bu həyatda qalıcı şeylərlə tutunun. Sevgi dəyər, güvən və paylaşmaq qarşılığında var olur. Əgər bunun biri yoxdursa heç nədən söhbət gedə bilməz”.

Qeyd edək ki, Vüsalə Əlizadə illər əvvəl aparıcı Azər Zahidlə evli olub. 2013-cü ildə boşanan cütlüyün bu evlilikdən Dilək adlı bir qız övladı var.

Chosen
7
3
millitv.net

6Sources