EN

Vinisius Juniorun əcdadı bu ölkədən imiş: DNT testindən keçdi

"Real"ın hücumçusu Vinisius Junior DNT testindən sonra mənşəyini öyrənib.

Publika.az xəbər verir ki, Braziliya millisinin heyətində DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdikləri oyundan (1:1) əvvəl ona köklərinin Kamerunlu olduğunu bildirən sənəd təqdim edilib. Mətndəki məlumatlara əsasən, Vinisius sözügedən ölkənin şimal-qərbində yaşayan Tikar qəbiləsindəndir.

Qeyd edək ki, "Netflix" platformasının 24 yaşlı braziliyalının həyat və karyerasını əks etdirən film çəkəcəyi məlum olub. Film 2025-ci ildə sözügedən platformada yayımlanacaq. Bu məlumatdan orada istifadə olunacağı gözlənilir.

Chosen
22
publika.az

1Sources