Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni təyinat olub.
Viral.az manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
Son Yazılar:
- Generalın oğluna yeni vəzifə verildi
- Külək əsəcək, duman olacaq – Sabahın HAVASI
- Ermənistan Hindistandan artilleriya sistemləri ALIR
R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə – Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.