EN

Finlandiya rəsmisi: "Qlobal su gündəliyi misli görünməmiş siyasi impuls qazanıb"

Qlobal su gündəliyi misli görünməmiş siyasi impuls qazanıb.

"Report" xəbər verir ki, bunu Finlandiyanın İqlim və ətraf mühit naziri Kai Maykanen COP29 çərçivəsində təşkil olunmuş “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

"Suyun beynəlxalq siyasətə inteqrasiyası və 2050-ci ilə qədər qlobal cəmiyyətdə su resurslarının dayanıqlılığına nail olmaq Avropa İttifaqının məqsədləridir. Bakı Bəyannaməsi suyun iqlim dəyişikliyinin mərkəzində olduğunu qəbul edir və iqlim təsirlərinin əksəriyyəti su dövranındakı pozuntular vasitəsilə özünü göstərir. O həmçinin təbii fəlakətlər və fövqəladə halların əksəriyyətinin su ilə əlaqəli olduğunu nəzərə alır. Bakıda qəbul edilmiş İqlim Fəaliyyəti üçün Su Dialoqu Bəyannaməsi mühüm təşəbbüsdür və mən COP 29-da Azərbaycanın sədrliyi altında bu sənədin hazırlanmasına görə təşəkkür etmək istərdim. Bu sənəd su məsələsini qlobal iqlim gündəliyində daha yüksək səviyyəyə qaldırır ki, bu da bizə lazımdır", - deyə o qeyd edib.

Finlandiya rəsmisi əlavə edib ki, bəyannamə həm yumşaldıcı, həm də adaptasiya üçün səmərəli iqlim fəaliyyətlərinin həyata keçirilməsində su hövzələrinin və su ilə əlaqəli ekosistemlərin qorunması, mühafizəsi və bərpasının həyati rolunu vurğulayır: "Bəyannamədə göstərildiyi kimi, su hövzələri və su ilə əlaqəli ekosistemlər üçün iqlim dəyişikliyinin səbəbləri və nəticələri haqqında elmi sübutların əldə edilməsini gücləndirməliyik. Biz su ekosistemlərinin qorunması, bərpası və dayanıqlı idarə edilməsi ilə həm iqlim yumşaldılması, həm də adaptasiya faydalarına töhfə arasındakı əlaqələri müəyyən etməliyik",

"COP29-da Azərbaycan sədrliyi etməyə çalışdığı kimi, su və iqlim dəyişikliyi məsələlərində birgə işləmək üçün hökumətləri, BMT təşkilatlarını, akademik dairələri və özəl sektoru birləşdirməliyik. Su hər cür dayanıqlı inkişafın mərkəzindədir. Biz su və sanitariyaya olan insan hüququnu təmin etməliyik. Suyun sülh və təhlükəsizlik üçün əhəmiyyəti lazımi şəkildə nəzərə alınmalıdır ki, su sabitləşdirici qüvvəyə çevrilsin", - deyə o qeyd edib.

Chosen
49
1
far.az

2Sources