"Pasha Bank" ASC, Biznes Proseslərin İdarəedilməsi şöbəsinin RPA üzrə mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes proseslərini təhlil etmək;
- Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaları və xərc-fayda təhlilini yenidən yoxlamaq;
- Sənayedə aparıcı alətlər və texnologiyalardan istifadə edərək prosseslərin avtomatlaşdırılması və RPA həllərini dizayn edərək inkişaf etdirmək və həyata keçirmək;
- Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün prosseslərin avtomatlaşdırılması və robotexnika proqramını konfiqurasiya etmək;
- Prosseslərin avtomatlaşdırılması və RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək məqsədi ilə, funksional komandalarla əməkdaşlıq etmək;
- Funksionallığı və dəqiqliyi təmin etmək üçün robotlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;
- Prosesin axınını, texniki spesifikasiyaları və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq və qorumaq;
- RPA robot istifadəçilərini təlimlərlə təmin etmək və dəstək olmaq;
- Davamlı təkmilləşdirməyə cavabdeh olmaq və komanda daxilində biliklərlə paylaşmaq.
Tələblər:
- Maliyyə, Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Biznesin Təhlili, Proseslərin Təkmilləşdirilməsi və ya Proseslərin avtomatlaşdırılması və robotexnika sahəsi üzrə 3 ildən çox iş təcrübəsi;
- Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq və şərh etmək bacarığı ilə əla analitik bacarığı;
- Biznes prosesləri haqqında anlayış;
- Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək və ünsiyyət bacarıqları;
- Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübə üstünlükdür;
- Prosseslərin avtomatlaşdırılması və RPA alətləri və ya proseslərin təkmilləşdirmə metodologiyaları (məsələn, Six Sigma) üzrə sertifikatlar arzuolunandır;
- Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma üzrə təcrübə mütləqdir. C++, Java, Python dillərinə üstünlük verilir, C# dilinə daha çox üstünlük verilir;
- Dil bilikləri: Rus və ya İngilis dili biliyi (Qeyd: Bütün sənədlər yalnız ingilis dilindədir).
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az