EN

İsrailin Qəzzaya zərbələri 22 nəfərin həyatına son qoyub

İsrailin Qəzza şəhərinə endirdiyi zərbələr nəticəsində azı 22 fələstinli həlak olub. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri Qəzza şəhərinin Şeyx Radvan rayonuna hücum edərək 10-u uşaq olmaqla 22 nəfəri öldürüb, kanal qeyd edir.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından radikal HƏMAS qruplaşmasının silahlı tərəfdarlarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb.

Oxuməni.az

Chosen
29
oxumeni.az

1Sources