EN

Nikol güc strukturlarını qadınlara verdi: 30 yaşlı Arpine kimdir?

Ermənistan Daxili İşlər Nazirliyində ikihakimiyyətliliyin olması ilə bağlı çoxdan söhbətlər dolaşırdı və nazir müavini, DİN-in “danışan dili” hesab olunan Arpine Sərkisyanın nazir təyin olunması məlumatları faktiki olaraq təsdiqlədi.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, 30 yaşlı yeni nazir sorosçuların sevimlisi və ABŞ-ın Ermənistandakı səfirliyinin etibarlı adamlarından biridir.

Onun ABŞ-ın Ermənistan polisində islahatlar üçün ayırdığı pulları koordinasiya etdiyi bildirilir. Bundan başqa, Sərkisyan nazir müavini işlədiyi dövlərdə polis, xilasetmə və miqrasiya xidmətlərini də idarə edib.

Nəşr yazır ki, Arpine Sərkisyan ilk peşəkar karyerasına Ədliyyə Nazirliyində ekspert vəzifəsində başlayıb.

Sərkisyan polisin müxalifətçilərə qarşı sərt müdaxiləsinin tərəfdarı olub. Hətta bəzi məlumatlara görə, o, polisin aksiya iştirakçılarına qarşı zor tətbiqini də koordinasiya edib.

“Arpine Sərkisyan Nikol Paşinyan hökumətində Baş prokuror Anna Vardapetyan, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, keçmiş deputat Kristina Qriqoryan və yeni təyin olunmuş ədliyyə naziri Srbui Qalyandan sonra dördüncü yüksək vəzifəli qadın məmurdur. Yeri gəlmişkən, bu qadınların hamısının qərbyönlü olduğu bildirilir və bu, əslində, dövlət idarəçiliyi sistemində əsas vəzifələrə xarici təsir daşıyıcılarının təyin edilməsi ilə bağlı proqnozları təsdiqləyir”, - nəşr qeyd edib.

Chosen
35
1
axar.az

6Sources