EN

Pensiyaların verilməsi əvvəlki qrafikə keçirilsin - Deputatdan təklif

Regionlarda əməkhaqqı Bakıdan 2 dəfə, orta əməkhaqqından 1,8% aşağıdır.

Ölkə.Az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclis komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, median əməkhaqqının son illər məbləği açıqlanmalıdır: "Pensiyaların qalxacağını nazir burada açıqladı, amma median pensiyanın da nə qədər olacağı açıqlanmalıdır. ÜDM-də əməkhaqqının payı da açıqlansa, yaxşı olar. İşsizliklə bağlı yerlərdə problemlər mövcuddur. 2018-2024-cü illərdə 624 min iş yerinin açılması nəzərdə tutulub. Pandemiya vaxtı kifayət qədər iş yerinin statistikasına yenidən baxıldı. Bu illər ərzində bu rəqəm pik həddə - 385 min nəfərə qalxıb.  Bu ilin sentyabr ayının göstəricilərinə görə isə hardasa 283,5 min işsizlik statistikası var. Bu baxımdan, 624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim”.

Qarabağ müharibə veteranlarına verilən müavinətlərin artırılmasına diqqət çəkən deputat bildirib ki, müharibə veteranlarına verilən 80 manatın artırılsa yaxşı olar. 

“Bu məbləğin artırılması böyük məmnunluq yaradacaq. Digər məsələ pensiyaların gec verilməsi ilə bağlıdır. Əvvəllər pensiyaların ayın əvvəlində verilməsi böyük məmnunluq yaratmışdı. Pensiyaçıların çoxunun bankda kreditləri, cərimələri var. Regionlarda da pensiyaların verilməsində əvvəlki qrafikə keçilməsi üçün addımlar atılsa, yaxşı olardı", - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

Chosen
23
1
olke.az

2Sources