EN

Demokratlar növbəti seçkiyə hazırlaşırlar: Namizədləri bəllidir

Demokratların namizədi Kamala Harrisin seçkilərdə məğlub olmasına baxmayaraq, əksər partiya tərəfdarları onun növbəti prezident seçkilərində namizədliyini irəli sürməsini istəyirlər.

Publika.az "The Hill"ə istinadən xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb. Sorğunun nəticələri "Puck News/Echelon Insights" tərəfindən dərc edilib.

Harris, partiya tərəfdarlarının 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi görmək istədikləri sorğuda ümumi lider olaraq ortaya çıxıb.

Demokratların 41%-i Harrisin yenidən namizədliyini dəstəkləyəcək. İkinci yerdə 8% dəstəklə Kaliforniya qubernatoru Gavin Nyusom, üçüncü yerdə isə 7% səslə Harrisin bu kampaniyada vitse-prezident postuna namizədlərindən biri olan Pensilvaniya qubernatoru Coş Şapiro qərarlaşıb.

Sorğu noyabrın 14-18-də 1010 respondent arasında keçirilib və 3,5 faiz bəndi səhv nisbətinə malikdir.

Chosen
21
publika.az

1Sources