EN

Böyük Britaniya su məsələləri üzrə Bakı Bəyannaməsini dəstəkləyir - Nazir

Bakı. Trend:

Böyük Britaniya Su məsələləri üzrə Bakı Dialoqunudəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın Ətraf Mühit naziri Meri Kriq COP29çərçivəsində keçirilən "Su Gününün qeyd edilməsi: İqlim, təbiət vəinsanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdəbildirib.

"2023-cü ildə biz son 30 ilin ən quraq ilini müşahidə etdik. Bu,ciddi nəticələr doğurur. Sadəcə Rona və ya Dunay çaylarına baxmaqkifayətdir ki, bunun ərzaq sistemlərinə, nəqliyyata və təmiz enerjiistehsalına necə böyük zərər vurduğunu görəsiniz. Məhz buna görə dəBöyük Britaniya COP26-da konfrans çərçivəsində ilk Su Pavilyonunutəşkil etdi ki, suyun bu kontekstdə əhəmiyyətini gücləndirsin. Bizməmnuniyyətlə görürük ki, hər bir COP ilə suyun rolu daha daartır.

Bu gün də bu davam edir və Böyük Britaniya olaraq COP29çərçivəsində su məsələri üzrə Bakı Bəyannaməsini dəstəklədiyimizielan etməkdən məmnunluq duyuruq. Biz bu təşəbbüsü tam dəstəkləyirikvə bu güclü "fəaliyyət çayı"nın Belemdən keçərək dahairəliləyəcəyini səbirsizliklə gözləyirik. Əlbəttə ki, bu asan birvəzifə olmayacaq", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
33
4
az.trend.az

4Sources