"Real Madrid" klubu futbol azarkeşlərini təəccübləndirib.
Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, bir zamanlar kral klubunun formasını tərlədən dünya ulduzları Kriştiano Ronaldo, Devid Bekhem, Zinəddin Zidan, Serxio Ramos və Luiş Fiqu və b. futbolçuların soyunub-geyinmə otağındakı şkaflarını satışa çıxarıb.
Belə ki, 2002-2022-ci illər arasında komanda üzvlərinin istifadə etdiyi şkaflar təmir zamanı "Santiaqo Bernabeu" stadionundan çıxarılıb.
"Sotheby's" hərrac evində hər biri 10 min funt-sterlinqdən (12,600 dollar) başlamaqla 24 şkaf satış üçün təklif olunur. "Real" azarkeşləri noyabrın 26-na qədər bu fürsətdən yararlana biləcəklər.
Hərracdan əldə olunan gəlirin bir hissəsi "Real Madrid Fondu"na bağışlanacaq.