EN

25 ildir eyni qidanı yeyən kişi sağlamlığından oldu

Amerikalı Den Janssenin uşaqlıq illərində başlayan pizza yemək vərdişi vərdiş halına gələrək sağlamlığına zərər verməyə başlayıb.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, Janssen 15 yaşında vegetarian olmağa qərar verib. O illərdə vegetarian olaraq yediyi tək pendirli pizza olub. Bu gün 46 yaşı olan Janssen meyvə-tərəvəzdən o qədər uzaqlaşıb ki,  tərəvəzləri tanımaz hala düşübş 

Qəribə pəhrizinə baxmayaraq, zaman-zaman mətbuata çıxan Janssen səhhətinin yaxşı olduğunu bildirsə də, həkimlər onun səhhətinin yaxşı olmadığını açıqlayıb.  Həkimləri tərəfindən 1-ci tip şəkərli diabet diaqnozu qoyulan Janssen təcili olaraq pəhrizini dəyişməli olub. 

Danın pizza həvəsi onun sağlamlığına ciddi ziyan vurub, müalicə və qidalanma prosesində çoxlu maddi itkilərə məruz qalıb.  

Chosen
13
1
oxu24.com

2Sources