EN

DSMF büdcəsinin "Taraz Büdcə" prinsipinə yenidən baxılması təklif edilib

Fins.az xəbər verir ki, Hesablama Palatası, Dövlət sosial müdafiə fondunun (DSMF) büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırılmasına yenidən baxılmasını təklif edib.

Rəydə qeyd olunub ki, son illərdə sığorta haqlarının şəffaflığı və inzibatçılığın güclənməsi, fondun gəlirlərinin artıqlaması ilə icra olunmasına şərait yaradıb. Lakin pensiya ödənişlərinin sığorta prinsipinə əsaslanmayan ümumi yanaşma ilə hesablanması, xərclərin tam icra olunmamasına səbəb olur.

Hesablama Palatası, pensiya xərclərinin hüquqi tələblər əsasında formalaşdığını və bu xərclərin dövlətin qəbul etdiyi funksiyaların icrasına yönəldiyini vurğulayır. Büdcənin tarazlıq prinsipinə əsaslanması, artıq 2023-cü ildən başlayaraq investisiya fəaliyyətinin tətbiqi ilə qarşılaşdırıldığında, gəlirlər və xərclər arasında balansın itirilməsi ilə nəticələnir. Bu da göstərir ki, gəlirlər ilə xərclərin bərabər tutulması çətindir və "taraz büdcə" prinsipinin tətbiqi gəlirlər üzrə tərtib edilmiş proqnozlarla potensial arasında uyğunsuzluqlara səbəb olur.

Buna görə, Hesablama Palatası, fondun büdcəsinin proqnozlaşdırılması təcrübəsinin yenidən nəzərdən keçirilməsini təklif edir. Bu, həm də investisiya fəaliyyətinin artan təsirini nəzərə alaraq büdcə planlamasına əsaslı yanaşmanı tələb edir.
 

Fuad Mədətov
Fins.az

Chosen
20
fins.az

1Sources