EN

G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdım - Quterreş

Bakı. Trend:

Mən Rioda keçirilən G20 Sammitindən təzəcə qayıtmışam. COP29 çoxgündəmdə idi. G20 liderlərini və danışıqlar aparan şəxsləriCOP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçüngöstəriş verməyə çağırdım.

Trend xəbərverir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibiAntonio Quterreş media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, nümayəndə heyətləri və COP29 sədrliyi ortaqməxrəc tapmaq üçün çox çalışırlar.

“Amma burada açılış nitqimdə dediyim kimi, zaman irəliləyir.Razılaşmanın əldə edilməsi üçün səbrsizlənirəm. Bitiş xəttiüzərində müzakirələr aparmaq üçün bizə böyük təkan lazımdır. Yenədeyirəm, bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlimmaliyyəsi məqsədinə dair saziş. Müxtəlif komponentləri vasitəsiləbu məqsəd inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyənisəfərbər etməlidir.

A. Qutterreş bildirib ki, maliyyə artımı vacibdir.

“Hər bir hökumətə eyni zamanda emissiyaların azaldılmasınısürətləndirərək, təmiz, ucuz bərpa olunan mənbələrdən və ədalətlienerji keçidindən faydalanmaq şansı verilməlidir. Bütün ölkələrinözlərini və insanlarını iqlim fəlakətindən qorumaq və xalqlararasında inam yaratmaq üçün maliyyə artımı vacibdir”,- deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
13
4
az.trend.az

5Sources