EN

Makron Putini və Rusiyanı "müdrikliyə" çağırdı

 
"Rusiya Federasiyası tədricən dünya meydanında sabitliyi pozan dövlətə çevrilir..."
 
Fransa prezidenti Emmanuel Makron Moskvaya "müdriklik" nümayiş etdirməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Braziliyada keçirilən G20 ölkə liderlərinin sammitində bəyan edjb. Məlumatı "BFM TV" nəşri yayıb.
 
Bu çağırış Rusiya liderinin nüvə silahının tətbiqi imkanlarının genişləndirməsi, habelə Ukraynanın Amerika raketləri ilə Rusiyaya zərbə endirməsi ilə əlaqədar olaraq səsləndirilib.
 
Emmanuel Makron Rusiya-Ukrayna münaqişəsində hərbi eskalasiyanın yeni dövriyyəsinə münasibət bildirib. "Mən Rusiyanı və cənab Putini müdriklik göstərməyə və kollektiv şəkildə eskalasiyanın qarşısının alınmasında iştirak etməyə çağırıram", - Makron bəyan edib. 
 
"Rusiyanın BMT-nın daimi üzvü statusu kimi öhdəlikləri var. Bu gün Rusiya tədricən dünya meydanında sabitliyi pozan dövlətə çevrilir". Sülhün bərqərar olması ilk növbədə Rusiyadan aslıdır.
 
"Biz hamımız 2025-ci ildə sülhün bərqərar olmasını istəyirik. Bu, ilk növbədə Rusiyadan aslıdır. Bunun üçün o, hücumlara, bombardmanlara, qətllərə və hərbi müdaxiləyə son qoymalıdır", - Fransa prezidenti əlavə edib. 
 
Bundan başqa Makron sammit çərçivəsində Çin lideri Si Tszinpinlə görüşüb. Onun sözlərinə görə, o, ÇXR sədrindən Pekinə müttəfiq olan Moskvaya təzyiq göstərilməsini xahiş edib. 
 
"Mən Si Tszinpinə Putinin hücumlarını dayandırmaq üçün ona özünün bütün təsiri, təzyiqi və gücünü istifadə etməyə çağırış etmişəm", - Makron bəyan edib.
Chosen
6
1
moderator.az

2Sources