EN

"Hadisələri proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemləri yaradılmalıdır"

Gələcəkdə baş verən hadisələri proqnozlaşdırmaq üçün daha güclü erkən xəbərdarlıq sistemləri yaradılmalıdır.

"EDnews" xəbər verir ki, bunu BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak COP29 çərçivəsində baş tutan "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" adlı tədbirdə deyib.

Nazir deyib ki, bu baş verdiyi halda siyasətçilər daha düzgün qərarlar qəbul edə biləcək:

"Bu da daha effektiv və hədəflənmiş cavaba gətirib çıxaracaq. Yalnız birlikdə işləməklə biz real təsir göstərə bilərik, çünki paylaşılan məlumatlar bir çox həlləri asanlaşdırır. Əməkdaşlığı gücləndirən sinergiyaları aşkar edə, resursların az qiymətləndirildiyi sahələri müəyyən edə və müxtəlif dövlət qurumları arasında problemlər haqqında daha ümumi anlayış yarada bilər. Biz həm də hesabatlılığı təmin etməliyik".

Chosen
3
1
ednews.net

2Sources