EN

Balakəndə elmi-praktiki konfrans keçirilib - FOTOLAR » AzadMedia.az




Bakı, 21 noyabr — Azadmedia.az


Bu gün vətəndaş olaraq COP 29 kimi böyük bir tədbirin Bakıda keçirilməsinin qürurunu yaşayırıq. Qlobal iqlim dəyişkənliyinin kənd təsərrüfatına vurduğu fəsadlar böyük itkilərlə ifadə olunur, dünən ikinci dərəcəli hesab etdiyimiz zərərli orqanizmlər indi tüğyan edir, istesalın kəmiyyət və keyfiyyət göstəricilərinə mənfi təsir edir. Aqrar sahədə fermer riskləri artır. Bu baxımdan fermerlərin, iri istehsalçıların maarifləndirilməsində böyük fayda var. 20 noyabr 2024- cü il tarixdə Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin Balakən rayonunda təşkil etdiyi elmi praktik seminarın da qayəsi bu idi. Seminarda bölgənin DAİM sədrləri, fermerlər, Qlda təhlükəsizliyi agentliyinin mütəxəssisləri iştirak edirdilər. İnstitutun bir qrup əməkdaşları bölgə üçün strateji hesab edilən qarğıdalı, fındıq, şərq xurması kimi bitkilərin xəstəlik və zərərvericiləri haqqında tədqiqatlarının nəticələrini iştirakçılara təqdim etdilər. Məncə,hər kəs bu seminarın keçirilməsindən razı qaldılar.

Chosen
4
2
azadmedia.az

3Sources